Rektor YAP-ın İdarə Heyətindən çıxarılır? — “Uzaqlaşacağam”

GÜNDƏM 02 mar 2021, 12:37
Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva hakim Yeni Azərbaycan Partiyasının (YAP)  İdarə Heyətindən uzaqlaşdırılacağı ilə bağlı xəbərə münasibət bildirib.

N.Əliyeva bildirib ki, mart ayının 5-də keçiriləcəyi gözlənilən Yeni Azərbaycan Partiyasının qurultayında hansı qərarların qəbul olunacağı hələ ki,  bəlli deyil:

"Növbəti qurultayda hansı qərarların qəbul olunacağını heç kəs bilmir. Partiyanın tədbirlər planı var. Partiyada tutduğum vəzifədən kənarlaşdırılmaqla bağlı qərar verilsə, uzaqlaşacağam. Rəhbərlik nə məsləhət görərsə, o da olacaq. Partiyanın rəhbərliyi hər kəsin fəaliyyətindən xəbərdardır. Qəbul olunacaq qərara hörmətlə yanaşacam".(unikal.org)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top