Dövlət Sığorta Şirkəti Vətən Müharibəsində şəhid və yaralı hərbçilərə ödənilən vəsaitlərin həcmini AÇIQLADI

MALİYYƏ 01 mar 2021, 19:08
Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) 44 günlük Vətən Müharibəsində həlak olmuş və yaralanmış hərbçilərə ödənilən vəsaitlərin həcmini açıqlayıb.

Dövlət Sığorta Şirkətinin marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən Demokrat.az-a verilən məlumata görə, ötən ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək Qarabağda aparılan əks-hücum əməliyyatları (Vətən Müharibəsi) zamanı həlak olmuş və yaralanmış hərbçilərə görə 40 milyon manatdan artıq ödəniş edilib.

Qeyd edək ki, sığorta ödənişləri Hərbi qulluqçularının dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top