Füzulidəki aeroportun uzunluğu 3 km olacaq — VİDEO

İNFRASTRUKTUR 28 fev 2021, 19:38
Füzulidə yeni qurulan hava limanının uzunluğu 3 min metr olacaq.

Demokrat.az
xəbər verir ki, bu barədə gürcü jurnalistlərinə Füzuli aeroportunun tikinti işlərini aparan şirkətin nümayəndəsi Şaiq Qocayev məlumat verib.

Şirkət nümayəndəsi bildirib ki, Füzuli aeroportunun uçuş eniş zolağının uzunluğu 3 min metr, eni isə 60 metr olacaq. Hazırda torpaq qatı çıxardılaraq əvəzinə təbii çınqıl materialı döşənir. Daha sonra asfalt örtüyü çəkiləcək. Ş.Qocayev bildirib ki, tikinti işlərinin vaxtında başa çatması üçün əraziyə çoxlu sayda texnika və işçi qüvvəsi cəlb olunub.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top