“Azərişıq” ASC-nin smart kart ödənişlərində problem olacaq? — RƏSMİ AÇIQLAMA

SOSİAL 28 fev 2021, 17:17
“Azərişıq” ASC smart kart ödənişlərində problem yaranacağı ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Qurumdan Demokrat.az-a verilən məlumata görə, informasiya sistemində aparılacaq yenidənqurma işləri nəticəsində smart kart ödənişlərində 10 günlük problem yaranacağı haqqında sosial şəbəkələrdə yayılmış və abonentlər arasında çaşqınlıq yaradan məlumatlar doğru deyil və həqiqəti əks etdirmir. 

"Bütün abonentlərimiz, o cümlədən smart kart istifadəçiləri də, hər zaman ödəniş etdikləri qaydada istədikləri vatxda və yerdə rahatca ödənişlərini apara bilərlər", - deyə “Azərişıq”dan bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top