"İstərdim, “uşaqpulu” 18 yaşadək olsun, amma söhbət imkandan gedir" — Deputat

SOSİAL 28 fev 2021, 09:09
“İstərdim, “uşaqpulu” 18 yaşadək olsun, amma söhbət imkandan gedir... Mən deyim ki, “18 yaşadək uşaqlara “uşaqpulu” verilməlidir”. Sosial şəbəkədə əl çalacaqlar. Bu, populizmdir, bizə lazım deyil”.

Demokrat.az
-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov qeyd edib ki, belə məsələlərdə reallıqdan çıxış etmək lazımdır: “Dövlətin gücünə uyğun addım atılmalıdır. Hesab edirəm ki, bir nömrəli məsələ Qarabağın bərpası ilə bağlı işlərdir. Düşünürəm, dövlətin 0-3 yaş uşaqlara “uşaqpulu” vermək imkanı var. Dövlət büdcəsində neftin qiyməti 40 dollardan hesablanıb. Hazırda neftin qiyməti 66-67 dollardır...”/Pravda.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top