Şoyqunun ermənistanlı həmkarı ilə telefon danışığı oldu

DÜNYA 27 fev 2021, 18:41
Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.

Demokrat.az xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

“Danışıqlar zamanı ikitərəfli əməkdaşlığa dair məsələlər, Dağlıq Qarabağda Rusiya sülhməramlılarının tapşırıqları yerinə yetirməsi vəziyyəti, qarşılıqlı maraq doğuran mövzular müzakirə edilib”, məlumatda bildirilib.

Qeyd edək ki, fevralın 25-də də hər iki nazir arasında oxşar mövzuda telefon danışığı olub.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top