Rusiyada “Bakı” kafesində atışma: Azərbaycan vətəndaşı öldürüldü

KRİMİNAL 26 fev 2021, 17:42
Rusiyanın Leninqrad vilayətinin Şlisselburq şəhərində gecə saatlarında kafedə dava düşüb.

Bu barədə Rusiya Federasiyasının vilayət üzrə istintaq komitəsi məlumat yayıb.

Bildirilir ki, “Bakı” kafesində onlarla insanın iştirakı ilə baş verən atışma nəticəsində 39 yaşlı Azərbaycan vətəndaşı qətlə yetirilib.

Belə ki, həmin şəxslər aralarındakı münaqişəni həll eləmək üçün görüşsələr də razılığa gələ bilməyiblər və onların arasında atışma başlayıb.

Atışmaya bir müddət əvvəl Peterburqun Nevski rayonunda azərbaycanlılar arasında yaşanan münaqişənin səbəb olduğu ehtimal edilir.(oxu.az)



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top