Avropa İttifaqından Ermənistanda baş verənlərlə bağlı BƏYANAT

SİYASƏT 25 fev 2021, 20:57
Avropa İttifaqı (Aİ) Ermənistandakı hadisələri çox yaxından izləyir.

Demokrat.az xəbər verir ki, bu barədə Aİ-nin yaydığı bəyanatda qeyd olunub.

Aİ Ermənistan ordusunu konstitusiya ilə müəyyən edilən səlahiyyətləri çərçivəsində davranmağa çağırıb.

“Avropa İttifaqı Ermənistandakı hadisələri çox yaxından izləyir. Biz bütün tərəfləri sakitləşməyə və vəziyyəti daha da gərginləşdirəcək ritorika və ya hərəkətlərdən çəkinməyə çağırırıq. Siyasi müxtəlifliklər parlamentar demokratiya proseslərinə və prinsiplərinə möhkəm şəkildə sadiq qalmaqla həll edilməlidir. Ermənistan konstitusiyasına uyğun olaraq, silahlı qüvvələr siyasi məsələlərdə neytrallığı qorumalıdır. Demokratik və konstitusion qaydaları gözləmək Ermənistanın üzləşdiyi çağırışların öhdəsindən gəlməsi üçün yeganə yoldur”, - deyə bildirilib./APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top