Gürcüstanda Moskva küçəsinin adı dəyişdirildi

DÜNYA 25 fev 2021, 15:17
Gürcüstanın ikinci böyük şəhəri olan Kutaisidə yerləşən Moskva küçəsinin adı dəyişdirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bundan sonra küçə “Şindisi qəhrəmanları” adlanacaq.

Kutaisi Şəhər Şurasının qərarına əsasən, bu gün küçədə ilk ünvan lövhəsi quraşdırılıb.

Şindisi Gürcüstanın Qori rayonunda yerləşən kənddir. 2008-ci ilin avqust müharibəsində kənddə gedən ağır döyüşlər zamanı 17 gürcü hərbçi şəhid olub.

Qeyd edək ki, 2017-ci ildən ictimai fəallar və müxalifətçilər Tbilisidə Moskva prospektinin adının dəyişdirilməsini tələb edirlər. Bununla bağlı hətta imzatoplama kampaniyası da aparılıb. Lakin bu günə qədər prospektin adı dəyişməz olaraq qalır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top