Ana Vətən Partiyasından Xocalı soyqırımının ildönümü münasibətilə BƏYANAT

QARABAĞ 25 fev 2021, 12:08
Ana Vətən Partiyası Xocalı soyqırımının ildönümü münasibətilə bəyanat yayıb.

Demokrat.az həmin bəyanatı təqdim edir:

"29 il öncə, 1992-ci il fevralın 26-da erməni silahlı dəstələri, Rusiyanın 366-cı alayının fəal iştirakı ilə görünməmiş vəhşilik və amansızlıqla Xocalı  şəhərində Azərbaycanlılara qarşı soyqırım törətdilər. Bu Bəşəri cinayət ermənilərin faşist düşüncələrinin və Türk millətinə qarşı genetik koddan doğan nifrətinin mahiyyətinə söykənir. Dövlətimizin, xüsusilə Heydər Əliyev fondunun Vitse-Prezidenti Leyla xanım Əliyevanın “Xocalıya Ədalət” kampaniyası çərçivəsində həyata keçirilən ardıcıl fəaliyyətə baxmayaraq, içərisində qadın, uşaq və yaşlı insanların olduğu 613 nəfər günahsız mülki əhalinin barbarcasına qətlə yetirilməsi, təəssüflər olsun ki, hələ də Beynəlxalq səviyyədə soyqırım kimi tanınmır.

Xilaskar Ali Baş Komandan İlham Əliyevin Dəmir yumruğu Müzəffər Silahlı Qüvvələrimiz tərəfindən işğalçı Ermənistana ağır və sarsıdıcı zərbələr endirdi, Xocalı və ərazi bütövlüyümüz uğrunda şəhid olan bütün qəhrəman övladlarımızın intiqamı alındı.

Erməni işğalına son qoyulduqdan sonra Azərbaycan torpaqlarında analoqu olmayan vəhşiliklərin şahidi olduq. 28 il düşmən tapdağında olan tarixi abidələrimiz, qəbirstanlıqlar, yaşayış evləri, meşələr, bütün təbiət erməni vandalizminin soyqırımına məruz qalmışdır.

Ana Vətən Partiyası 28 il ərzində ermənilərin törətdiyi vəhşilikləri qətiyyətlə qınayır və Beynəlxalq təşkilatları, tərəqqipərvər bəşəriyyəti erməni silahlı qüvvələri və terror təşkilatlarının törətdiyi Xocalı soyqırımına hüquqi və siyasi qiymət verməyə səsləyir".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top