Rövşən Ağayev: "Azı 16 saatdır işıqsız və istiliksiz qalmışıq"

HADİSƏ 25 fev 2021, 00:37
“Normal şərtlərdə, ədalətli və rəqabətli mühitdə milyonlarla insana xidmət edən kommunal şirkətlərdə, dövlət idarəetməsində yüksək vəzifə tutmağa layiq olmayan, durduğu yerdən qat-qat aşağı yerdə durmalı şəxslər layiq olduqları yerdə olmalıdırlar. Əks halda, həmin milyonlarla adamın həyatı narahatlıqlar, problemlər, əsəb və stress içərisində keçir, ciddi itkilərlə üzləşirlər».

Demokrat.az-ın xəbərinə görə, bunu ekspert Rövşən Ağayev deyib.

R.Ağayev bildirib ki, hətta pis idarəetmə insanlar böyük maddi zərər gətirir: “Məsələn, elektrik olmadığına görə 12-16 saat yanacaqla biznes obyektini işlədənlərin, donvurmadan kombisi sıradan çıxan insanların, soyuqdan övladları xəstələnib həkimə düşən insanların zərərini kim ödəyəcək? Xatırladım ki, azı 16 saatdır işıqsız və istiliksiz qalmışıq... Elektrik sistemi çöküb, bəs 199 qaynar xəttə nə olub, o niyə çöküb?”
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top