Televiziyanın çəkiliş qrupu qəzaya düşdü — FOTO+VİDEO

HADİSƏ 24 fevral 2021, 22:44
CBC TV-nin çəkiliş qrupu Tərtər-Bərdə yolu istiqamətində avtomobil qəzasına düşüb.

"Rupor"a daxil olan məlumatda bildirilir ki, qəzaya səbəb yolların buzlu olmasıdır.

Qəzada xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib.

Telekanalın rəhbərliyi hadisədən həmən sonra yerli icra orqanlarıyla əlaqə saxlayıb, avtoqəzanın fəsadlarının aradan qaldırılması istiqamətində bütün operativ addımlar atılıb.




SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyul 2025, 22:58
Top