Londonda Xocalı həqiqətləri ilə bağlı məlumatlandırma aksiyası — FOTOLAR

DİASPOR 24 fev 2021, 20:12
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Böyük Britaniyada fəaliyyət göstərən "Natəvan Qrup"unun rəhbəri Səbinə Quliyevanın təşkilatçılığı ilə London şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş məlumatlandırma aksiyasına başlanılıb.

Komitədən Demokrat.az-a verilən məlumata görə, 24, 25, 26 fevral tarixlərini əhatə edəcək aksiya zamanı Xocalı soyqırımına dair həqiqətləri əks etdirən elektron lövhənin quraşdırıldığı avtomobil London şəhərinin mərkəzi küçələrində hərəkət edəcək. Elektron lövhədə "Xocalıya ədalət!", "Biz xatırlayırıq!" şüarları əks olunub. Lövhədə olan fotoşəkillər "Xocalı soyqırımı. 26 fevral 1992", "Ağdam. Xocalı qurbanlarının dəfn mərasimi", "63 uşaq öldürülüb, 76 uşaq əlil olub", "25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 8 ailə tamamilə məhv edilib" və sair məlumatlarla müşayiət olunur.

London vaxtı ilə saat 10.00-dan 18.00-dək davam edəcək avtoyürüş şəhərin mərkəzi küçə və meydanlarını əhatə edəcəkdir.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top