Ərdoğanın sözçüsü: "İnşallah, yaxın zamanlarda Cənubi Qafqazda yeni bir geopolitik vəziyyət ortaya çıxacaq..."

QARABAĞ 24 fev 2021, 14:00
"Bir millət, iki dövlət" prinsipi ilə hərəkət edərək azərbaycanlı qardaşlarımızın 30 illik Qarabağ həsrətinə son qoyduq. Böyük bir ədalətsizlik ortadan qalxmış oldu."

Demokrat.az xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.

Kalın, Qarabağın işğaldan azad edilməsi savaşında Türkiyənin Azərbaycanın yanında yer almasından qürur duyduqlarını bildirib. 

"Həm meydanda, həm də masada uğurlu diplomatiyamız böyük önəm kəsb edir. Qarabağ savaşının və prosesin idarəsi əslində gənc diplomat dostlarımız üçün gözəl araşdırma mövzusudur. Beynəlxaq siyasət üzrə çalışan dostlara bu məsələdə detallı çalışmalarını tövsiyyə edirəm. 

30 ildir dondurulan bir münaqişə 44 günə həll olundu və Qarabağın işğalı sonlandırıldı. Qarabağ məsələsinin böyük miqyasda həll olunması ilə Cənubi Qafqazda yeni bir geopolitik vəziyyət ortaya çıxacaq. İnşallah burada yeni imkan və fürsətlərin ortaya çıxacağını yaxın zamanlarda birlikdə görəcəyik", deyə Kalın qeyd edib.(avropa.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top