Azərbaycan və Türkiyə XİN başçıları Qarabağı müzakirə etdilər — YENİLƏNİB

XARİCİ SİYASƏT 23 fev 2021, 20:29
"Can Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov qardaşımla iş birliyi imkanlarımızı və Qarabağdakı son hadisələri ələ aldıq".

Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu öz “Twitter” səhifəsində yazıb.

Türkiyəli diplomat bildirib ki, azad edilən torpaqların bərpası və inkişafı üçün dəstəkləri davam edəcək:

“Yaxın zamanda iki ölkə arasında şəxsiyyət vəsiqəsi ilə səyahətlərə başlayacağıq”, - deyə Çavuşoğlu əlavə edib.

19:25
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.


Bu barədə Demokrat.az-a Azərbaycan XİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, geniş tərkibli formatda baş tutub.

Qeyd edək ki, C.Bayramov Ankaraya işgüzar səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən də qəbul edilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top