Deputat: “Çobanlarla əmək müqaviləsi bağlanılmır”


SOSİAL 23 fev 2021, 13:26
“Rayonlarda mal-qara ilə məşğul olan insanlar əmək müqaviləsindən kənar qalırlar”.

Demokrat.az xəbər verir ki, bunu deputat Sevinc Hüseynova parlamentin bugünkü iclasında deyib.

Deputat bildirib ki, bu gün rayonlarda böyük mal-qara fermalarının sahibləri hüquqi şəxslərdir:

“Onların hər biri işçi saxlayır. Açıq şəkildə diqqətə çatdırmaq istəyirəm ki, bu gün demək olar heç bir çobanla əmək müqaviləsi bağlanılmır.

Eyni zamanda həmin ailənin azyaşlı uşaqları da bu işə cəlb olunur və bir növ istismara məruz qalır. Düşünürəm ki, bu məsələ ilə bağlı da monitorinq aparılsa yaxşı olar”.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top