Yalçın Rzazadə dünyasını dəyişdi

HADİSƏ 22 fev 2021, 20:55
Azərbaycanın Xalq artisti Yalçın Rzazadə vəfat edib.

Demokrat.az xəbər verir ki, bu barədə Azvision.az -a müğənninin oğlu Mətin Rzazadə məlumat verib.

O, bildirib ki, atası uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

Xatırladaq ki, Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub. Sevilən sənətçi 1979-cu ildə Əməkdar artist, 2000-ci ildə Xalq artisti adına layiq görülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top