Azərbaycanda qar fəsadlar törətdi, kəndlərlə əlaqə kəsildi — VİDEO

HADİSƏ 21 fevral 2021, 19:41
Cəlilabad rayonunun dağ və dağətəyi yaşayış məntəqələrində yağan qar fəsadlar yaradıb.

Demokrat.az
-ın məlumatına görə, qarın qalınlığı 20 sm-ə çatıb.

Rayonun Buravar Badamağacı, Şatırlı, Əsədli, Ləkin, Musalı və ətraf kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Kənd sakinlərinin dediklərinə görə, sözügedən kəndlərlə rayon mərkəzi arasında əlaqə kəsilib.

Həmçinin Cəlilabad-Yardımlı yolunda da hərəkət dayanıb. Ərazidə həmçinin rabitə xətlərinin qırılması səbəbindən internet əlaqəsi kəsilib. 

Hazırda bu kəndlərdə şaxtalı hava hökm sürür.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2025, 00:09
Top