Qanunsuz yolla 150 mindən çox pirotexnika keçirdilər - FOTO

HADİSƏ 27 noy 2018, 12:57

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən pirotexniki məhsul aşkar ediblər.

 

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, əməkdaşlar mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən yaylım fişənglərinin, pirotexniki və tezalışan malların realizə edilməsinin qarşısını alıblar.

 

Daxil olan əməliyyat məlumatı əsasında Azərbaycan vətəndaşının idarə etdiyi "İVECO OTOYOL" markalı yük avtomobili Bakı şəhəri Qaradağ rayonu ərazisində saxlanılıb. Nəqliyyat vasitəsinə baxış zamanı, ümumilikdə 150225 ədəd müxtəlif növ petarda və 512 ədəd yaylım fişəngi aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Demokrat.Az 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top