Uşağın şıltaqlığı bütöv şəhəri peyvənddən məhrum etdi

MARAQLI 20 fev 2021, 17:49
Ötən gün Braziliyanın Rio Bananal şəhərində sakinlər üçün nəzərdə tutulan koronavirusa qarşı peyvəndin hamısı sıradan çıxıb.

“Report” “Globo”ya istinadən xəbər verir ki, polisin bildirdiyinə görə, 9 yaşlı uşağın vaksinasiya mərkəzində səhvən elektrik lövhəsini söndürməsi soyuducuda saxlanılan “CovonaVac” peyvəndinin 133 dozasının, habelə qan testi nümunələrinin və başqa dərmanların məhv olmasına səbəb olub.

Nəticədə şəhər bələdiyyəsi həssas qruplar arasında yenidən peyvəndləmə aparmaq üçün 298 doza gətirtmək məcburiyyətində qalıb.

Şahidlərin sözlərinə görə, adıçəkilən uşaq oynayaraq skamyaya dırmaşıb və elektrik lövhəsinin içində sayrışan qırmızı lampanı söndürmək istəyərkən səhvən elektrik təchizatını bütövlüklə keçirib.

Hadisəyə dair araşdırma aparılır.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top