“Xəyanət bir insanın ruhuna edilə biləcək ən böyük təhqirdir” — Aynişan

ŞOU-BİZNES 19 fev 2021, 17:17
Əməkdar artist Aybəniz Haşımovanın qızı, blogger Aynişan Quliyeva sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırıb.

Demokrat.az Aynişan Quliyeva ilə müsahibəni təqdim edir:

- Bağışlamadığınız insan varmı?

- Elə bir insan yoxdur. Rahat yaşayım deyə pislikləri bağışlamışam. Amma heç vaxt həyatıma geri dönməklərinə icazə vermərəm.

- Sizə dəyər verməyin insanları həyatınızdan çıxarırsınız?

- Əslində, bu o qədər də asan olmur. Çünki ilk zamanlar qüsurları görmürəm, yaxud anlamıram. İnanmıram ki, dəyər verdiyim insan bunu bilərəkdən edir, amma oyandığım an kitab bağlanır.

- Sizin dəyişməyinizin səbəbi nədir?

- Yaşadıqlarım...

- Xoşbəxt görünürsüz. Həqiqətən xoşbəxtsinizmi?

- Xeyr. Özümü yaxşı hiss etməyəndə kimsə məni görə bilməz. Otağımdan çıxmıram, film izləyirəm. Əhvalım əla və normal olanda bunu hiss etdirirəm.

- Səhvlərinizi təkrarlıyırsınızmi?

- Bəli, təkrar səhv edirəm, çünki yaşayıram.

- Kədərinizi göstərirsiniz?

- Düşünürəm ki, kədərini publika ilə bölüşmək yanlışdır. Səni yanlış anlayıb, hisslərinə gülə bilərlər.

- Xəyanəti bağışlayırsınız?

- Nə kasıbçılıq, nə də xəstəlik məni kimdənsə uzaqlaşdıra bilməz. Amma xəyanət bir insanın ruhuna edilə biləcək ən böyük təhqirdir.(teleqraf.com)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top