BDU-nun 18 yaşlı tələbəsi ermənini məğlub etdi

İDMAN 19 fev 2021, 10:01
Azərbaycanlı tələbə Yunan-Roma güləşi üzrə Fransanın paytaxtı Parisdə keçirilən beynəlxalq turnirdə qələbə qazanıb.

Pravda.az-ın xəbərinə görə, 55 kq çəki dərəcəsində yarışan 18 yaşlı İlkin Qənbərli erməni rəqibi Miqran Nazaryanı finalda məğlub edərək turnirin qalibi olub.

Beynəlxalq turnir 13-15 fevral tarixində keçirilib.

Qeyd edək ki, 2003-cü il təvəllüdlü İlkin Qənbərli Bakı Dövlət Universitetinin(BDU) Geologiya fakültəsinin 1-ci kurs tələbəsidir. O, 5 qat respublika çempionu və bir sıra beynəlxalq turnirlərin qalibidir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top