Musa Yaqubun qızı: “Atamın ayaqları tutulur, yeriməyi çətinləşir”

ƏDƏBİYYAT 19 fev 2021, 08:56
"Musa Yaqubun müalicəsi davam etsə də, ayaqları ona çox narahatlıq verir, tutulur, yeriməyi çətinləşir".

Bu barədə Pravda.az-a Xalq şairi Musa Yaqubun qızı Yaqut Yaqubova məlumat verib.

O bildirib ki, şair ayaqlarındakı ağrılardan əziyyət çəkir, başqa şikayəti yoxdur: "Atam uzun müddət idi ki, kənddə idi, cəmi 3 gündür ki, Bakıya gəlib. Sağlıq durumu pis deyil, əvvəlkinə nisbətən yaxşıdır. Müalicəsi davam etsə də, ayaqları ona çox narahatlıq verir: tutulur, yeriməyi çətinləşir və s. Yenə də şükürlər olsun ki, ayağından başqa heç  yerindən şikayət etmir. Koronavirusla bağlı da hələki vaksinasiyadan keçməyib, evdə də yoluxan olmayıb deyə yaxşıdır. İnşallah, ayağı ilə bağlı narahatlıq aradan qaldırıldıqdan sonra vaksin də vurdurar".

Həmçinin atasının yaradıcılığı ilə bağlı danışan Y.Yaqubova bildirib ki, Musa Yaqubun "Gül bağçası" adlı yeni şeirlər kitabı nəşr olunur. Onun sözlərinə görə,  uşaqlar üçün nəzərdə tutulan kitab çap olunması üçün nəşriyyata təqdim edilib, sadəcə pandemiya səbəbindən işlər bir qədər uzanır.

O qeyd edib ki, kitabda bütün bitkilərin xarakteristikasını əhatə edən kiçik şeirlər yer alıb: "Atam deyir ki: “Uşaqlar, adətən, bitkiləri tanımırlar, hansını soruşursan məlumatsızdırlar. Mənsə istəyirəm ki, uşaqlar bitkiləri tanısın, təbiəti sevsin, bu şeirləri də elə ona görə yazıram". Çox gözəl şeirlərdir, sanki nəzmlə yazılmış mini formalı təbiətşünaslıq dərsliyini xatırladır".

Qeyd: 84 yaşlı Xalq şairi Musa Yaqub uzun müddətdir ki, parkinson xəstəliyindən əziyyət çəkir.

undefined
undefined
undefined

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top