Türkiyə - Azərbaycan İş Şurasının sədri: "Qarabağın inkişafına çalışacağıq"

BİZNES 18 fev 2021, 18:28
“Koronavirus (COVID-19) pandemiyasına baxmayaraq son 1 ildə Türkiyə-Azərbaycan münasibətlərində mühüm yeniliklər baş verib”.

Demokrat.az
xəbər verir ki, bunu Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan İş Şurasının sədri Selçuk Akat Ankarada keçirilən Türkiyə-Azərbaycan iş adamları forumunda bildirib.

"Ötən il Azərbaycanla Türkiyə arasında səfərlərin şəxsiyyət vəsiqəsi ilə həyata keçirilməsinə qərar verilib, Proferensial Ticarət Sazişi imzalanıb, ticarət dövriyyəmiz əvvəlki illə müqayisədə 30 % artıb.

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin potensialından aktiv istifadə edilməyə başlanılıb. Bu xətt Azərbaycanı Avropa ilə, Türkiyəni isə Çinlə birləşdirib. 2020-ci ildə BTQ ilə 15 min konteyner daşınıb. Türkiyə məhsulları bu xətt vasitəsilə Rusiya və Çinə daha tez daşınır.

Qarabağın Ermənistanın işğalından azad edilməsi ilə Qafqazda yeni geosiyasi vəziyyət formalaşır və bu, Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsinin illik dəyərini 15 milyard ABŞ dollarına çatdırmağa imkan verəcək. Çünki Türkiyə ilə Azərbaycanın Naxçıvan ərazisindən dəmir yolu vasitəsilə əlaqələndirilməsi məsələsi gündəmdədir.

Qarşıdakı dövrlərdə Türkiyə və Azərbaycan şirkətlərinin birgə əməkdaşlığı ilə Qarabağın sərmayə potensialı dəyərləndiriləcək, Qarabağın Azərbaycanın digər bölgələri kimi inkişafına çalışacağıq, Qarabağ gündəmimizdə ilk sırada duracaq. Türkiyənin iş adamlarını Qarabağa sərmayə yatırımı üçün təşviq edəcəyik”, - deyə o, qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top