ABŞ-ın daha bir ştatında Xocalı soyqırımı ilə bağlı BƏYANAT

DİASPOR 17 fev 2021, 22:39
ABŞ-ın Men ştatının Portlənd şəhərinin meri Ketlin M. Snayder 2021-ci il fevralın 26-nın  Xocalı qətliamı qurbanlarının anım günü kimi qeyd olunmasına dair bəyanat imzalayıb.

Bu barədə Demokrat.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, belə bir bəyanatın imzalanması Men Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədovun təşəbbüsü ilə baş tutub.

Bəyanatda Xocalı soyqırımının 29-cu ili haqqında  yazılıb, qətlə yetirilən azərbaycanlıların sayı qeyd olunub və faciənin insanlıq  əleyhinə törədilmiş ən böyük qətliamlardan biri olduğu bildirilib. Diqqətə  çatdırılıb ki, Xocalı qətliamı dünyada insanlıq əleyhinə yönəlmiş cinayətlərdən biridir.

ABŞın Men ştatında belə bir bəyanatın qəbul edilməsi Amerika azərbaycanlılarının Xocalı soyqırımının ildönümü ərəfəsində  ən böyük uğuru kimi qiymətləndirilə bilər.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top