Azərbaycanlı jurnalistlər Türkiyədə səfərdə — FOTOLAR

TURİZM 13 fev 2021, 20:42
Azərbaycanlı jurnalistlər Türkiyədə səfərdədir.

Demokrat.az-ın səfərdə olan əməkdaşının xəbərinə görə, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərkibində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə bir qrup azərbaycanlı jurnalist Türkiyəyə səfərə yollanıb.

Onlar səfər proqramına uyğun olaraq əvvəlcə İstanbula gəliblər. İlk gün jurnalistlərə proqramın məqsədi barədə ətraflı məlumat verilib.

Turizm Tanıtım və İnkişaf Agentliyinin əməkdaşı tərəfindən Türkiyənin COVİD-19 pandemiyası ərzində turistlərin üz tutduğu ölkələr sırasında ilk yerlərdən birini tutduğu qeyd edilib.

Koronavirus pandemiyası dönəmində Türkiyəyə səfər edən turistlərin güvənliyinin təmin edilməsi, bu sektorda gigyenik qaydalara əməl edilməsi, otellərin və turistik məkanların tənzimlənmiş yeni qaydalar əsasında xidmət göstərməsi üçün hər cür şəraitin yaradıldığı da diqqətə çatdırılıb.

Həyata keçirilən “Safe tourism” haqqında jurnalistlərə geniş məlumat verildikdən sonra İstanbulun turistik yerlərinə ziyarət təşkil edilib, jurnalistlər turistlərin təhlükəsizliyi və sağlamlığı üçün yaradılan şəraitlə yerindəcə tanış olublar.

Qeyd edək ki, jurnalistlər proqram çərçivəsində Ankara və İzmir şəhərlərini də ziyarət edəcəklər.
No description available.
No description available.
May be an image of bir və ya daha çox şəxs, people standing və içəridə
No description available.
No description available.
image-img-20210213-wa0027
May be an image of Vasif Hesenli, standing, səma və abidə


Vasif Həsənli - İstanbul
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top