Şəhid Vüqar Sadıqov haqqında sənədli film təqdim olundu — VİDEO

QARABAĞ 10 fev 2021, 17:40

Şəhid Vüqar Sadıqov haqqında sənədli film təqdim olunub.

Demokrat.az xəbər verir ki, bu barədə 7news.az-a “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Aqil Fərəcov deyib.

Onun sözlərinə görə “3 ÖVLADIN ŞƏHİD ATASI – Vüqar Sadıqov haqqında sənədli film” layihəsi Gənclər Fondunun dəstəyi ilə həyata keçirilib: “”Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi olaraq biz bu günə qədər bir neçə film ərsəyə gətirmişik. Filmlərin böyük əksəriyəti Qarabağa, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına həsr olunmuşdu. Budəfəki film isə iyulun 12-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan çavuş Vüqar Lətif oğlu Sadıqov haqqındadır. Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçususu çavuş Sadıqov Vüqar Lətif oğlunun Ağstafa rayon Yuxarı Göycəli kəndində dəfn olunub. Sadıqov Vüqar Lətif oğlu xeyli sayda düşmən texnikasını və canlı qüvvəsini məhv edib.”

Filmin tamamilə başa çatdığını deyən Aqil Fərəcov Gənclər Fonduna təşəkkür edib: “Layihə üzrə bütün prosedurları vaxtında və yüksək keyfiyyətlə həyata keçirdik. Ümid edirəm şəhidimizin həyat yolu barədə gənclərimizə dolğun və ətraflı məlumat verməyi bacarmışıq. Müraciətimizə müsbət cavab verdiklərinə görə Gənclər Fonduna təşəkkür edirəm.”

Qeyd edək ki, 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu şəhid olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top