125 gündən sonra komadan ayıldığı deyilən əsgərimizin anasından AÇIQLAMA

SOSİAL 10 fev 2021, 15:26
"125 gündən sonra komadan ayıldı" deyilən əsgər Tacəddin İsmayılzadənin anası açıqlama verib.

Demokrat.az xəbər verir ki, o bu barədə sosial şəbəkədə məlumat verib. Ananın sözlərinə görə, Tacəddin komadan ayılmayıb: “Balam Tacəddin 125 gündür ki, komadadır. Çox xahiş edirəm özünüzdən söz yazıb hamının hissləri ilə oynamayın. Balamın vəziyyəti çox ağırdır, hər an Allaha yalvarıram ki, pis xəbər eşitməyim. Nə olar, özünüzə reytinq qazanmaq üçün bizim hisslərimizlə oynamayın”.



Qeyd edək ki, mətbuatda və sosial şəbəkələrdə əsgər Tacəddin İsmayılzadənin 125 gündən sonra komandan ayılması ilə bağlı məlumat və video yayılıb.

Xatırladaq ki, Tacəddin İsmayılzadə oktyabrın ayının 9-u Füzuli istiqamətində gedən ağır döyüşlər nəticəsində yaralanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top