İrandan Azərbaycana gətirilən külli miqdarda duz keyfiyyətsiz çıxdı


BİZNES 10 fev 2021, 18:36
İrandan idxal edilən duzun istehlak üçün yararsız olduğu aşkarlanıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, İrandan Azərbaycana fiziki şəxs İsgəndərov Zabil Mirzə oğlu tərəfindən idxal olunan 49,8 ton duz məhsuluna agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Baxış zamanı məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aparılan müayinələr nəticəsində duz məhsulunda yodun kütlə payının texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı aşkar olunub.

Agentlik tərəfindən məhsulların istehlak üçün yararsız olması ilə bağlı qərar qəbul edilib və həmin məhsul partiyasının satışına icazə verilməyib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top