Türkiyə və Fransa Dağlıq Qarabağı müzakirə etdi

QARABAĞ 09 fev 2021, 23:46
Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalınla Fransa prezidentinin xarici siyasət üzrə müşaviri Emmanuel Bonn arasında telefon danışığı olub.

Demokrat.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Telefon danışığının gedişatında ikitərəfli əlaqələr, Türkiyə və Avropa Birliyi (AB) arasında münasibətlər, Şərq Aralıq Dənizi, Dağlıq Qarabağ, Suriyada və Liviyada münaqişə müzakirə edilib.

Tərəflər qarşılıqlı hörmətə və etimada əsaslanan ikitərəfli münasibətlərin bərpasının əhəmiyyətini qeyd ediblər.

Hökumət rəsmiləri Türkiyənin AB ilə əlaqələrini canlandırmaq üçün strateji addımların atılmasının və işbirliyinə diqqət yetirilməsinin vacibliyini vurğulayıblar.

Kalın və Bonn miqrasiya razılaşmasını yeniləməyə və yeni yol xəritəsinin hazırlığı prosesini sürətləndirməyi razılaşdırıblar.

Liviyada böhranını müzakirə edən Türkiyə və Fransa rəsmiləri müvəqqəti hökumət üzvlərinin seçilməsini alqışlayıblar./“Report”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top