Bu gün VI çağırış Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsindən 1 il ötür. Keçdiyimiz 1 il ərzində həm şəxsim adıma, həm də Milli Məclisə deputat seçilmiş həmkarlarım adına deyə bilərəm ki, kifayət qədər məhsuldar il oldu.
Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Adil Əliyev deyib.
A.Əliyev bildirib ki, xüsusi karantin rejiminin tətbiq edilməsinin iş şəraitinə təsir etməsinə baxmayaraq, Milli Məclisin iclasları yüksək səviyyədə keçirilib, habelə vətəndaşların onlayn qəbulu, qanunvericiliklə bağlı dinləmələr təşkil edilib: “Daha əvvəldə Milli Məclisin deputatı olmağıma baxmayaraq, bu dəfəki çağırış istər daxili və istərsə də beynəlxalq müstəvidə daha geniş miqyaslı işlər görərək fəaliyyətini uğurla davam etdirir. Ölkə başçısının apardığı siyasi kursun davamı olaraq Milli Məclisdə öz üzərinə düşən vəzifələri yüksək səviyyədə icra edir. İstər pandemiya dövründə, istərsə də Şanlı müharibəmiz zamanı deputat həmkarlarımızla birlikdə müəyyən etdiyimiz məqsədlər uğrunda dayanmadan çalışdıq. Həmçinin, bu 1 il ərzində mütəmadi olaraq gördüyümüz işlərlə bağlı cəmiyyətə hesabatları təqdim edir və vətəndaşlarımızın üzləşdiyi çətinlikləri, qarşılaşdığı problemləri həll etməyə çalışırıq. Xüsusi karantin rejiminin yumşalması gördüyümüz işlərin daha da genişləndirilməsinə imkan verəcəkdir. Deputat həmkarlarımı Milli Məclisdə təmsil olunmaqlarının bir il münasibətilə təbrik edir, Sədr Sahibə xanım Qafarova başda olmaqla, deputat həmkarlarıma fəaliyyətlərində uğurlar arzu edirəm».