Rusiyadan Azərbaycana gətirilən 5 ton yararsız balıq aşkarlandı

HADİSƏ 08 fev 2021, 20:25
Həştərxan vilayətinin “Astraxanski” baytar nəzarəti məntəqəsində dordurulmuş balıq partiyası saxlanılıb.

“Astraxan 24” xəbər verir ki, buzlu sazan Azərbaycana ixrac üçün nəzərdə tutulub.

Rusiya Baytar və Fitosanitar Nəzarət Federal Xidmətinin (Rosselxnadzor) əməkdaşları tərəfindən “Merkuri” sistemi ilə yoxlanış zamanı müəyyən olunub ki, məhsul istehlak müddəti bitmiş xammaldan hazırlanıb.

Bununla da, beş ton yararsız balıq məhsulunun ölkəmizə keçirilməsinin qarşısı alınıb.

Qeyd olunur ki, dondurulmuş balığın istehsalçısı Həştərxan vilayətinin İkryaninski rayonunda yerləşən bir müəssisədir. Onun inzibati məsuliyyətə cəlb olunacağı bildirilir.

Bununla yanaşı, qanunvericiliyin tələblərinə əsasən, Rosselxnadzor ölkə ərazisində bu məhsulun istehsalını və sertifikatlaşdırılmasını dayandırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top