Britaniyalı nazir İçərişəhəri gəzdi — FOTO

MARAQLI 08 fev 2021, 20:38
Birləşmiş Krallığın Arvopa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton Azərbaycana səfəri çərçivəsində İçərişəhər Dövlət Tarix-Memarlıq qoruğunu ziyarət edib. Britaniyalı nazir öz təəssüratlarını “Twitter”də paylaşıb.

“Xəzər sahilindəki gözəl Bakının qədim şəhər ərazisinə möhtəşəm ziyarət. Azərbaycan zəngin bir irsə sahibdir. Mən yeni sənətkarlar nəslinin yetişdirilməsinə öz töhfəsini verən və Azərbaycanın qədim mədəniyyətini mühafizə edən Uels Şahzadəsinin Ənənəvi Sənət Məktəbində maraqlı vaxt keçirtdim”, -deyə V.Morton qeyd edib.

Xatırladaq ki, Britaniyanın Arvopa Qonşuluğu üzrə dövlət naziri xarici işlər nazirlikləri arasında hər il keçirilən Birləşmiş Krallıq - Azərbaycan Strateji Siyasi Məsləhətləşmələrinin növbəti iclasında iştirak etmək üçün Bakıya ikigünlük səfərə gəlib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top