Vilayət Eyvazov bu zabitin rütbəsini artırdı

SOSİAL 08 fev 2021, 19:59
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyevin rütbəsi artırılıb.

Unikal.org-un məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, N.Piriyevə polkovnik-leytenant rütbəsi verilib.

Qeyd edək ki, bir müddət əvvəl BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi Kamran Əliyev İdarə rəisinin müavini və Qeydiyyat, İmtahan İdarəsinin rəisi vəzifələrinə təyin edilib.

Onun yerinə isə N.Piriyev təyinat almışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top