"Binə", "Sədərək" və "Mall"lar bu tarixdə açıla bilər

SOSİAL 08 fev 2021, 13:45
Azərbaycanda koronavirusa yoluxanların sayında azalma dinamikası davam edir. Belə ki, yanvarın 7-də 132 yeni yoluxma faktı qeydə alınıb, 285 nəfər müalicə olunaraq sağalıb.Yanvarın 18-dən də ölkə ərazisində vaksinasiya başlayıb. Əgər yoluxma sayı azalma dinamikası ilə davam edərsə,iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilə bilərmi?

Demokrat.az xəbər verir ki, bununla bağlı danışan dosent Ədalət Rüstəm bildirib ki, mart ayından iri ticarət mərkəzlərin fəaliyyətinə icazə verilə bilər:

"Əlbəttə, bu, vaksinasiyanın nə qədər insanı əhatə etməsindən asılı olacaq. Vaksinasiyadan əlavə insanlarımız da əvvəlki aylarla müqayisədə, karantin qaydalarına daha məsuliyyətlə yanaşırlar. Demək olar ki, küçədə maskasız insan yoxdur. Əgər bugünkü kimi insanlarımız karantin qaydalarına əməl etsə, yenidən yoluxma sayının artma ehtimalı olmaz. Yay aylarında 3-cü dalğanın başlama ehtimalı çox aşağıdır.

Çünki vaksinasiya xəstəliyin yayılmasına imkan verməyəcək. Yoluxma sayı azalma ilə davam edərsə, növbəti yumşalmaların olması mümkündür. Bilirsiniz ki, fevralın 1-dən kafe və restoranların fəaliyyətinə icazə verildi. Əgər bu yumuşalma yenidən yoluxma sayını artırmasa, tədricən digər obyektlərin də fəaliyyətinə icazə veriləcək. Fevral ayındakı yumşalmaların nəticələrindən çox şey aslıdır. Əgər artım olmasa, növbəti yumşalmalara gediləcək. Mart ayında iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilə bilər".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top