Bu ərazimiz də 28 illik işğaldan qurtuldu -— FOTO

SİYASƏT 07 fev 2021, 23:24
Ermənistanın Gekarkunik bölgəsinin ərazisində ermənilərin 28 ildən bəri ilhaq və işğal altında saxladıqları ərazini əsgərlərmiz Azərbaycana qaytarıb.

Ermənistanın ombudsmeni Armen Tatoyanın dediiynə görə, erməni iş adamının 20 ildən bəri sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ərazinin əlindən çıxması nəticəsində ona 5 milyon ABŞ dolları məbləğində ziyan dəyib.

"Həmin ərazini Azərbaycanın Silahlı Qüvvələri ötən ilin noyabrın 25-də ələ keçiriblər. O ərazidə erməni iş adamı külək elektrostansiyasını inşa etdirərək istismar edirdi. Azərbaycan hərbçiləri əraziyə daxil olandan bəri iş adamına məxsus şirkətin əməkdaşları o əraziyə qayıda bilmirlər", - A.Tatoyan deyib.

A.Tatoyan olayla bağlı Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət ediləcəyini bildirib.

Fəqət, "hüquqlarının pozulduğunu" deyən erməni iş adamı Gekarkuniklə həmsərhəd olan Kəlbəcər rayon ərazində nə edirdi?!

Təbii ki, o, elektroenerji hasil edən kulək stansiyasının tikilməsi üçün Azərbaycanın müvafiq dövlət qurumlarından icazə almamışdı, Azərbaycan qurumlarına da vergi ödəmirdi.

Dağlıq Qarabatın inzibati-ərazi vahidi olmayan Kəlbəcərin Azərbaycan ərazisi olduğunu bilən həmin iş adamı 28 ildən bəri işğaldakı ərazilərimizdəki istənilən fəaliyyətinin qanunsuz olduğunu əla bilirdi.

AİHM-ə şikayətə gəldikdə isə, Azərbaycanın 28 il işğaldakı ərazilərini istismar edənlərin məsuliyyətə cəlb ediləcəyi gün əsla uzaqda deyil./Milli.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top