Köçəryan Paşinyanın komandasını "küçədən gələnlər" adlandırdı

DÜNYA 07 fev 2021, 09:34
"Əsas qayğısı feysbukda bəyənmə sayı olan insanların küçəyə çıxdıqları rəsmi Yerevan diplomatik siyasətdə uğursuzluqlarla üz-üzə qalıb.

Demokrat.az
xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan "Sputnik Armenia”ya müsahibəsində deyib.

"Bir sıra qərarlar yanlış idi. Bu qərarları iki mərhələyə bölmək lazımdır - müharibəyədək, qəbul edilənlər və müharibənin gedişində qəbul olunanlar", - Köçəryan "Qarabağda müharibənin nəticəsini nə müəyyən etdi” sualını cavablandırarkən belə danışıb.

O bildirib ki, səbəblərdən biri diplomatik cəbhədə uğursuqların olmasıdır.

"Danışıqlar dalana dirənmişdi, diplomatiyaya yer yox idi. Ancaq bu, siyasi təcrübəsi, geosiyasi reallıqlar haqqında təsəvvürləri olmayan insanların hakimiyyətə küçədən gəlmələrinin qanunauyğun nəticəsidir. Onlar bu günlə yaşayanlar, əsas qayğıları feysbukda layk olanlardır" - deyə R.Köçəryan qeyd edib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top