Azərbaycan Kubokunda daha iki yarımfinalçı müəyyənləşir

İDMAN 07 fev 2021, 09:50
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.

Demokrat.az-ın məlumatına görə, sonuncu cavab görüşlərindən sonra bütün yarımfinalçılar müəyyənləşəcək.

Günün ilk matçında "Kəpəz" "Keşlə"ni qəbul edəcək. Gəncə təmsilçisi ilk görüşdə paytaxt təmsilçisinə 0:1 hesabı ilə uduzub.

İkinci görüşdə "Zirə" "Neftçi" ilə üz-üzə gələcək. Flaqman ilk matçda rəqibinə minimal hesabla məğlub olub. Bu cütün qalibi yarımfinalda "Kəpəz" - "Keşlə" duelinin güclüsü ilə qarşılaşacaq.

Azərbaycan Kuboku, 1/4 final

Cavab görüşləri

7 fevral

14:30. “Кəpəz” – “Keşlə”
Gəncə şəhər stadionu

İlk oyun - 0:1

17:30. “Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu

İlk oyun - 1:0

Qeyd edək ki, ilk oyun günündə "Qarabağ" "Qəbələ"ni 3:0, "Sumqayıt" isə "Səbail"i 2:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb./"Report"

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top