Bakıda axtarışda olan şəxs saxlanıldı


HADİSƏ 06 fev 2021, 23:01
Bakıda oğurluq etdiyinə görə axtarışda olan saxlanılan şəxsin başqa cinayətləri də müəyyən edilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, əməliyyatı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları keçirib.

Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan, əvvəllər məhkum olunmuş Ramana qəsəbə sakini M.Qafarov saxlanılıb, Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun mağazaların birindən pul, 1 600 manat dəyərində tütün məmulatı, neft məhsulları oğurlaması, eyni zamanda R.Hüseynova məxsus “ZİL” markalı avtomobili qaçırması da müəyyən edilib.

Demokrat.az
Loading...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top