EBRD ilə əməkdaşlıqda əsas hədəflər müəyyənləşdi

MALİYYƏ 06 fev 2021, 20:38
Azərbaycan hökuməti Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə əməkdaşlığın 7 başlıca istiqamətləri daha da genişləndirmək üçün yeni imkanlar araşdırır.

“Report” xəbər verir ki, hökumətdəki mənbəyə görə, AYİB-ə təqdim edilən həmin sahələr aşağıdakılardır: kiçik və orta sahibkarlığın inkişafı, özəl sahibkarlığın dövlət tərəfindən daha səmərəli dəstəklənməsi, özəlləşdirmə, iqtisadi artım və məşqulluğun artırılması sahələrində özəl sahibkarlığın daha yüksək səviyyədə iştirak etməsi, dövlət müəssisələrinin daha səmərəli, şəffaf və rəqabətcil vəziyyətə gətirilməsi üçün köklü islahatı, dövlət – özəl tərəfdaşlığının genişləndirilməsi, rəqəmli iqtisadiyyatın daha da inkişaf etdirilməsi.

İndiyədək EBRD Azərbaycanda 3 mlrd 123 milyon avro məbləğində həyata keçirdiyi 175 layihənin 13-ü dövlət sektorunun (1,6 milyard avro), 162-i də özəl sektorunun (bütöv zərfin 23 faizi) pyına düşür.

2019-cu ilin 22 noyabr tarixində Azərbaycan ilk dəfə EBRD-nin donorları sırasına qoşularaq kredit sazişini imzalayıb Şərqi Avropa Enerji və Ətraf Mühit Fonduna 2 milyon avro vəsait, habelə Texniki Əməkdaşlıq Hesabına qoşularaq oraya da eyni məbləğ ayırıb.

EBRD isə Azərbaycanda “yaşıl proqram” başlayaraq həmin proqram çərçivəsində tərəfdaş şəhər qismində Gəncəni seçib. Şəhərdə bərk məişət tullantılarının idarə olunması infrastrukturunun yenilənməsi üçün hökumətə 10 milyon avro kredit ayrılıb.

Ölkədə özəl sektoru, o cümlədən orta vı kiçik sahibkarlığı dəstəkləməyə böyük diqqət yetirən EBRD ilə Azərbaycan Mərkəzi Bankı arasında 2020-ci ilin əvvəlində imzalanmış müqaviləyə görə Azərbaycan şirkətləri üçün 50 milyon ABŞ dolları məbləğində manatla kredit xətti ayrılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top