Kapitoliyə hücum edən səkkiz uşaq anası saxlanıldı

DÜNYA 06 fev 2021, 08:56
ABŞ-da səkkiz uşaq anası olan Reyçel Pauell Kapitoli binası qarşısındakı iğtişaşlarda iştirak etməkdə şübhəli bilinərək saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə “CBS” televiziya kanalı federal səlahiyyətlilərə istinadən məlumat yayıb.

Qeyd olunub ki, qadın bu gün məhkəmə qarşısına çıxarılacaq.

R. Pouell Kapitoliyə hücum etməkdə şübhəli bilinir. O, əlində səsgücləndirici ilə nümayişçilərə hara getməli olduğu barədə təlimatlar verib.

Qeyd edək ki, ABŞ-da 120-dən çox sakinə qarşı Vaşinqtonda iğtişaşlar təşkil etmək və yanvarın 6-da Kapitoli binasını ələ keçirmək üzrə ittiham irəli sürülüb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top