İki azərbaycanlı qardaş koronavirusdan vəfat etdi— FOTO

HADİSƏ 05 fev 2021, 00:14
Ukraynada Azərbaycan diasporunun ən fəal nümayəndələrindən biri, daim ölkəmizin haqq səsinə səs vermiş, ölkəmiz adına keçirilən tədbirlərdə yaxından iştirak edən Seymur Məhərrəmov “Covid-19” virusundan dünyasını dəyişib. Daha öncə Seymur Məhərrəmovun qardaşı İltifat Məhərrəmov da koronavirusdan dünyasını dəyişmişdi.

Demokrat.az Teleqraf.com-a istinadla xəbər verir ki, Məhərrəmov qardaşları fəal vətəndaş mövqeyinə və ölkənin ictimai-siyasi həyatında yaxından iştirakına, sülhpərvər və xeyriyyəçilik fəaliyyəti ilə Ukraynada daim diqqət mərkəzində olublar.

Hər iki şəxs Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Lvov vilayəti üzrə gənclər təşkilatının sədri Şəhriyar Məhərrəmovun əmisidir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top