Köçürülmə ilə bağlı yeni xəbər

SOSİAL 04 fev 2021, 17:16
“Tələbələrin köçürülməsi qaydasında subbakalavrların köçürülməsi və ixtisas dəyişməsi məsələsi yoxdur”. 

Demokrat.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin əməkdaşı Günay İsgəndərova bildirib. O eyni zamanda qeyd edib ki, köçürülmə yay və qış sessiyaları zamanı olur: “Qış sessiyası fevralın 1-dən 7-nə qədər aparılır, yay və qış sessiyasından başqa vaxtda köçürülmə nəzərdə tutulmayıb”. 

G.İsgəndərova qeyd edib ki, I kurs I semestrdən sonuncu kursa qədər tələbə köçürməsi mümkündür: “Tələbə universitet daxilində ixtisas dəyişmək istəyirsə, öz ixtisas qrupu daxilində və balı çatdığı qədər olan ixtisaslara dəyişə bilər. Əgər tələbə dövlət universitetinə daha az balla daxil olubsa, Bakı və Sumqayıt istisna olmaqla regionlardakı dövlət universitetlərində öz ixtisaslarına uyğun daha yüksək ballı ixtisaslara köçürülə bilər". 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top