Səbəb və onun nəticələri: Erməni əsgərlərinin cəsədlərinin axtarışı nə vaxt davam etdiriləcək? — VİDEO

QARABAĞ 04 fev 2021, 15:45
Ermənistan nalə və göz yaşları tökmədən yaşaya bilmir.

Bu dəfə isə “timsahın göz yaşları”nın səbəbi Ermənistan ordusunun tamamilə məhv edilməsi nəticəsində itkin düşmüş hərbçilərin cəsədlərinin axtarışına qoyulan qadağadır.

Bu barədə “Caliber” layihəsinin “Youtube” kanalında yerləşdirilən videoda qeyd olunur.

Təhlildə bildirilir ki, hər dəfə erməni cəmiyyəti hökumət qurumlarını qanunvericilikdə islahat aparmağa çağıranda və ya güc strukturlarında lüstrasiya aparılmasını tələb edəndə Ermənistan KİV-ləri bir mərkəzdən göstəriş alıbmış kimi qədim yaylığı çıxarıb ağlaşmağa başlayırlar.

Videoda qeyd olunur ki, müharibənin başladığı ilk gündən Azərbaycan humanitar atəşkəsin qaydalarına riayət edib, Ermənistan tərəf isə onu dərhal və mülki əhalimizə qarşı yönələn qanlı formada pozub.

Erməni tərəfi hərbi əməliyyatların aparıldığı şimal cəbhəsində hərbçilərimizin dəfn edildiyi və ya itkin düşdüyü ərazilərin yerini göstərməkdən imtina edir. Qış mövsümü, sərt hava şəraiti, yüksək dağlıq ərazi və ən əsası minalanmış böyük ərazi axtarışların aparılmasında çətinliklər yaradır.

Məhz bu səbəbdən ədalətli olaraq Ermənistan tərəfinə Azərbaycan Respublikasının ərazisində itkin düşən şəxslərin axtarışına aparmağına qadağa qoyulub.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top