Siyavuş Novruzov: "İndi özüm də otaqdan çıxan kimi işığı söndürürəm"

GÜNDƏM 04 fev 2021, 11:38
“Azərsu” suyun qiymətinin artırılması ilə bağlı Tarif Şurasına təqdimat vermişdi. Şura da bu təqdimatı nəzərə alaraq qiymətləri artırdı. Milli Məclisin sonuncu plenar iclasında deputatlar təklif etdi ki, Tarif Şurasının nümayəndəsi parlamentə dəvət edilsin, hesabat versin. Təbii qazda limit tətbiq edilir, bu, suya da tətbiq olunmalıdır”.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, dünyada içməli su problemi mövcuddur: “Azərbaycan da su qıtlığı olan ölkələrdəndir. Xatırlayırsınızsa, əvvələr elektriklə bağlı problem var idi. Hamı işıqları düzürdülər, söndürmürdülər. Müəyyən tənzimləmədən sonra bu problem aradan qaldırıldı. Biri ilə mən özüm, otaqdan çıxan kimi işığı söndürürəm. İnsanlar yavaş-yavaş uyğunlaşmalıdırlar. Amma koronavirusu, qələbəmizi nərəzə alaraq deyə bilərəm ki, belə bir vaxtda bunu ortaya salmaq düzgün deyildi. Bu, təxribat deyil, sadəcə, məmur işidir”.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top