Türkiyə hakimiyyətinə könüllü təslim olan terrorçuların sayı 21 nəfərə çatdı

DÜNYA 04 fev 2021, 09:09
PKK terror təşkilatının daha beş silahlısı Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub.

“Report”un məlumatına görə, bu barədə “Anadolu” agentliyi Türkiyənin Daxili İşlər Nazirliyinə istinadən bildirib.

"Polis və jandarm terrorçuları separatçı terror təşkilatı PKK sıralarından qaçdıqdan sonra silahlarını yerə qoymağa razı sala bildilər", - nazirlikdə bildirilib.

Nazirliyin bəyanatında deyilir ki, terrorçular İraq və Suriya ərazisində fəaliyyət göstəriblər.

Daxili işlər naziri Süleyman Soylu bildirib ki, təslim olanlardan birinin ailəsi oğlunu terror qruplaşmasının pəncəsindən xilas etmək üçün Türkiyənin cənub-şərqindəki Diyarbəkir şəhərində bir qrup ananın 520 gün ərzində keçirdiyi etiraz aksiyasında iştirak edib.

Beləliklə, bu il Türkiyə hakimiyyətinə könüllü təslim olmuş terrorçuların sayı 21 nəfərə yüksəlib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top