Azərbaycanda “Twitter” “Facebook”u qabaqladı

İKT 03 fev 2021, 23:06
2021-ci ilin yanvarında Azərbaycanın sosial şəbəkə bazarında “Twitter” 25,17 faiz payla birinci yerdə qərarlaşıb

Demokrat.az “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir ki, ikinci yerdə 20,27 faiz göstərici ilə “Facebook” olub. Bu şəbəkənin Azərbaycanda aktiv istifadəçilərinin sayı dekabrla müqayisədə 0,23 faiz azalıb.

“Instagram” sosial şəbəkəsinin istifadəçilərinin sayı 4,59 faiz artaraq 20,1 faiz təşkil edib.

"YouTube" istifadəçilərinin fəallığı bir ay ərzində 5,55 faiz artaraq 19,3 faizə bərabər olub.

“Pinterest”in payı 13,92 faiz, “VKontakte” sosial şəbəkəsinin payı 0,45 faiz təşkil edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top