Ermənistanda koronavirusdan ölənlərin sayı 3 096-ya çatdı

DÜNYA 03 fev 2021, 18:54
Ermənistanda son sutkada 190 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 167 421-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 3 096-ya yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 777 nəfərdir. İndiyədək 158 693 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 4 855 aktiv koronavirus xəstəsi var.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top