Gürcüstan “Pfizer” vaksinini alacaq

DÜNYA 31 yan 2021, 12:59
Fevralın 1-də Gürcüstana Amerikanın “Pfizer” şirkəti tərəfindən istehsal olunmuş koronavirus peyvəndinin birinci partiyası gətiriləcək.

Demokrat.az xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə nazirinin müavini Tamara Qabunia bildirib.

Nazir müavininin sözlərinə görə, artıq fevralın ortasında ölkəyə “Pfizer” vaksininin birinci partiyasının 29 250 dozası göndəriləcək.

Onlar səhiyyə sferasının işçiləri üçün nəzərdə tutulub. Tamara Qabunia əlavə edib ki, Gürcüstan “Pfizer”dən başqa, Britaniyanın “AstraZeneca” şirkəti tərəfindən istehsal edilən vaksini də əldə etmək niyyətindədir.

Son məlumata görə, ölkədə koronavirusa 257 632 yoluxma aşkarlanıb, virusa yoluxmuş 248 537 insan sağalıb, 3 159 nəfər ölüb.

Bu həftə məlum olub ki, COVID-19 əleyhinə peyvənd edilənlər fevralın 1-dən Gürcüstana gələ biləcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
Top