Çexiya əcnəbilər üçün sərhədlərini bağladı

DÜNYA 30 yan 2021, 18:28
Çexiya koronavirusla bağlı vəziyyətin pisləşməsi səbəbindən bütün xarici ölkələrin vətəndaşları üçün sərhədləri bağlayıb.

“Report” “Çex Radiosu”na istinadən xəbər verir ki, məhdudiyyət bu gündən başlayır və fevralın 15-dək qüvvədə olacaq.

İstisnalar yalnız ölkədə təhsil alan, işləyən və ya yaşayış icazəsi alan əcnəbilərə şamil ediləcək. Həmçinin yaxın qohumlarını ziyarət etmək, tibbi yardım almaq, toy və ya dəfn mərasimlərində iştirak etmək üçün də Çexiya ərazisinə daxil olmaq mümkün olacaq.

Çexiyada pandemiyanın başlanğıcından bəri 972 mindən çox insan koronavirusa yoluxub, 16 min nəfər ölüb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top